...

Türkiyə Prezidenti "İDEF-2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Siyasət Materials 5 May 2015 15:11 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "İDEF-2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edib.
Türkiyə Prezidenti "İDEF-2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlkin İzzət/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "İDEF-2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, Türkiyə Prezidenti sərgidə təmsil olunan müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub. Onların arasında Azərbaycanın müdafiə sənayesi müəssisələri də olub.

Qeyd edək ki, mayın 5-dən 8-dək davam edəcək sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdədir.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Bundan əlavə, Azərbaycann müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti də İstanbulda keçirilən "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.

Sərgiyə dünyanın 59 ölkəsindən 600-dən çox şirkət qatılıb.

"İDEF-2015" sərgisi çərçivəsində həm müdafiə naziri Z.Həsənovun, həm də müdafiə sənayesi naziri Y.Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti