...

"RF-nin hərbi-siyasi rəhbərliyi Ermənistanın antirusiya mahiyyətli siyasətinə dəstək verir"

Siyasət Materials 5 May 2015 15:55 (UTC +04:00)
"Ermənistanın hesabına NATO həm KTMT-nin, həm də AİB-in daxilindədir. RF-nin hərbi-siyasi rəhbərliyi Ermənistanın antirusiya mahiyyətli siyasətinə dəstək verir".
"RF-nin hərbi-siyasi rəhbərliyi Ermənistanın antirusiya mahiyyətli siyasətinə dəstək verir"

Azərbaycan, Bakı, 5 may /Trend/

"Ermənistanın hesabına NATO həm KTMT-nin, həm də AİB-in daxilindədir. RF-nin hərbi-siyasi rəhbərliyi Ermənistanın antirusiya mahiyyətli siyasətinə dəstək verir". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, RF Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi, ordu generalı V.Gerasimovun bildirdiyinə görə, NATO öz təsirini Mərkəzi Asiya və Zaqafqaziyada gücləndirməyə cəhdlər edir: "V.Gerasimovun bu fikirləri ən azı qəribədir. NATO baş katibinin 10 ilə yaxındır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi postu təsis edilib. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə xüsusi təmsilçisi ilə bu iki region dövlətləri içərisində ən çox təmasda olan Ermənistandır. Ermənistan NATO ilə birlikdə NATO-nun keçirdiyi hərbi təlimlərdə iştirak edir. Hal-hazırda keçirilən "Saber Yunkers 15" tədbirində Ermənistan təmsil olunur. Ermənistan NATO ilə əməkdaşlıq çərçivəsində Livana sülhməramlılar göndərib. Hər halda Əfqanıstanda və Kosovadakı NATO-nun fəaliyyəti ilə Livandakı fəaliyyəti tamamilə ayrı xarakterdədir. Bəzi erməni ekspertlərinə görə Ermənistan NATO üzvlüyünə Gürcüstanda daha yaxındır".

Onun sözlərinə görə, NATO qoşunlarının komandanı F.Bridlavın Cənubi Qafqaz və Mərkəzi Asiyada ən yaxın adamları Ermənistanın müdafiə naziri S.Ohanyan və prezidenti S.Sarkisyandır: "Rusiya Ermənistanı strateji müttəfiqi hesab edir. Əgər NATO-nun Cənubi Qafqaz regionunda planları barədə Ermənistan strateji müttəfiqi RF-i məlumatlandırmırsa bu, RF-in zəifliyinin göstəricisidir. Zəiflik müxtəlif cür ola bilər. Bəzi Rusiya rəsmilərini, o cümlədən hərbçilərini analarının xəyanətkar olmasına inandırmaq asan, ermənilərin xəyanətkar olmasına isə inandırmaq çox çətindir".

M.Əhmədoğlu deyib ki, RF hərbçilərinin Dağlıq Qarabağda münaqişənin donunun açılacağı barədə fikirlərini də erməni kontekstindən yayılmış fikirlər kimi qəbul etmək daha düzgündür: "RF-in Azərbaycana silah satmasının indiki mərhələsi prezident S.Sarkisyanı Rusiya hərbçilərinə, xüsusilə RF Müdafiə Nazirliyinin Baş Ştabı rəhbərliyinə açıq mətbuat vasitəsilə müraciət etməyə vadar etdi. Bu da deməyə əsas verir ki, RF hərbçiləri ilə S.Sarkisyan arasında köhnə əlaqələr qalmaqdadır. S.Sarkisyan uzun müddət Dağlıq Qarabağda hərbi təchizat məsələləri ilə məşğul olub. Könüllü və ya zorakı yolla pul toplayıb rus hərbçilərinə verməklə onları Dağlıq Qarabağın işğalına qoşa bilmişdir. Görünür, indi də o dövrü yada salmaq istəyir. Bəlkə də bu yada salması şantaj xarakterlidir. Ermənistanın hesabına NATO həm KTMT-nin, həm də AİB-in daxilindədir. Eləcə də Ermənistanın xəyanətkar oyun qaydaları da AİB və KTMT-də üstünlük qazanır. Qırğızıstanın davranışı bunu sübutudur. Qazaxıstan və Belarus da xeyli dəyışıblər. Ermənistanın NATO və Aİ ilə ikibaşlı, antirusiya oynlarına RF-in siyasi və hərbi rəhbərliyin laqeyd siyasəti bu nəticəni yaratmalı idi. RF-in siyasi və hərbi rəhbərliyi bəzən Ermənistanın antirusiya mahiyyətli oyunlarına dəstək verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti