Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün mümkün olan hər şeyi edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Ankara Türkiyə üçün qardaş ölkə olan Azərbaycanı həmişə dəstəkləyəcək.
Ə.Davudoğlu bildirib ki, Türkiyə bundan sonra Azərbaycanı dəstəkləyəcək: "Çünki bizi təkcə iqtisadi layihələr deyil, həm də tarixi köklər birləşdirir".