...

Azərbaycan və Malayziya müdafiə sənayesi üzrə əməkdaşlıq üçün danışıqlar aparıb

Siyasət Materials 6 May 2015 17:45 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan məmulatlar İstanbulda keçirilən “İDEF-2015” sərgisində nümayiş etdirilir.
Azərbaycan və Malayziya müdafiə sənayesi üzrə əməkdaşlıq üçün danışıqlar aparıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan məmulatlar İstanbulda keçirilən "İDEF-2015" sərgisində nümayiş etdirilir.

MSN-dən Trend-ə bildiriblər ki, mayın 5-də nazirliyin təmsil olunduğu "İDEF-2015" XII beynəlxalq müdafiə sənayesi sərgisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

1993-cü ildən başlayaraq iki ildən bir keçirilən "İDEF" sərgisinə MSN dördüncü dəfədir qatılır. İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla "İDEF" sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi "İDEF-2015" sərgisində 184 adda məmulat nümayiş etdirir. Dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır.

"İDEF-2015" sərgisində MSN-in əməkdaşları tərəfindən sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək "ADEX-2016" ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Sərginin ilk günü müdafiə sənayesi naziri Y.Camalovun sərgiyə qatılan Malayziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Zulkifeli Bin Zain ilə görüşü olub. Görüşdə Azərbaycanla Malayziya arasında müdafiə sənayesi üzrə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Mayın 8-dək davam edəcək sərgidə Y.Camalovun sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti