...

Azərbaycan Özbəkistanla saziş imzaladı

Siyasət Materials 20 May 2015 13:48 (UTC +04:00)
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Azərbaycan Özbəkistanla saziş imzaladı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Trend-in məlumatına görə, sazişin imzalanması Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində baş tutub.

Səfər zamanı həmçinin nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.

Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti