...

"Bolqarıstan Aİ-Azərbaycan münasibətlərinin inkişafına ümid edir"

Siyasət Materials 22 May 2015 16:15 (UTC +04:00)
Bolqarıstan ümid edir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər bundan sonra da müsbət istiqamətə doğru inkişaf edəcək və tərəflərin qarşılıqlı maraqlarının müəyyənləşdirilməsinə səbəb olacaq.
"Bolqarıstan Aİ-Azərbaycan münasibətlərinin inkişafına ümid edir"

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elmira Tariverdiyeva/

Bolqarıstan ümid edir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək və tərəflərin gələcək qarşılıqlı maraqlarının müəyyənləşdirilməsinə imkan verəcək.

Trend-in Bolqarıstan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, bunu "Şərq Tərəfdaşlığı" sammitinin Riqada keçirilən plenar iclasında Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

B.Borisov bildirib ki, Aİ ilə Şərq qonşularının münasibətlərinin möhkəmləndirilməsi sosial-iqtisadi və siyasi sahələrdə qarşılıqlı mənfəət gətirəcək və Şərqi Avropanın möhkəmlənməsi və çiçəklənməsinə kömək edəcək: "Bolqarıstan üçün Azərbaycan strateji tərəfdaşdır və biz onun Aİ ilə münasibətləri üzrə qarşılıqlı məqbul modelin konstruktiv axtarışında iştirak etməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti