...

Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək Rouz-Rout seminarında iştirak etməyəcək

Siyasət Materials 22 May 2015 19:09 (UTC +04:00)
Azərbaycan iyunun 18-20-də NATO Parlament Assambleyasının Ermənistanda keçiriləcək növbəti Rouz-Rout seminarında iştirak etməyəcək.
Azərbaycan NATO PA-nın Ermənistanda keçiriləcək Rouz-Rout seminarında iştirak etməyəcək

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan iyunun 18-20-də NATO Parlament Assambleyasının Ermənistanda keçiriləcək növbəti Rouz-Rout seminarında iştirak etməyəcək.

Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, nə qədər ki Ermənistan işğalçı dövlət kimi pislənilməyib, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmayıb, Azərbaycan Ermənistandakı tədbirdə iştirak etməyəcək: "Bu barədə NATO Parlament Assambleyasının sədrinə bildirmişik. Dedik ki, belə seminarın işğalçı ölkədə keçirilməsi NATO PA-ya nüfuz gətirmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti