...

"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"

Siyasət Materials 22 May 2015 20:06 (UTC +04:00)
“Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər”.
"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Mehdiyev/

"Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər". Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəcəkləri barədə yaydığı bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər:

"Mən mətbuatda oxudum ki, guya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunanda, həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idi. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti