...

Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü regionda sabitliyin möhkəmlənməsinə xidmət edir

Siyasət Materials 23 May 2015 14:56 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin üçtərəfli görüşlər formatında əməkdaşlığı regionda sabitliyin möhkəmləndirilməsi üzrə ümumi məqsədlərə xidmət edir.
Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü regionda sabitliyin möhkəmlənməsinə xidmət edir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin üçtərəfli görüşlər formatında əməkdaşlığı regionda sabitliyin möhkəmləndirilməsi üzrə ümumi məqsədlərə xidmət edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business year" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, belə görüşlər 3 ölkədə regional layihələrin reallaşdırılması üçün daha əlverişli mühitin yaradılması üçün vacibdir: "Bu əməkdaşlıq strateji tərəfdaşlıq, yaxşı qonşuluq, qarşılıqlı etimad, suverenliyə, ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına əsaslanıb".

E.Məmmədyarov qeyd edib ki, bu format əməkdaşlığın inkişafı məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin aparılması üçün vacibdir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü ilk dəfə 2012-ci il iyunun 8-də Trabzonda baş tutub. İkinci analoji görüş 2013-cü il martın 28-də Batumidə, üçüncü görüş 2014-cü il fevralın 19-da Gəncədə, dördüncü görüş isə 2014-cü ilin dekabrında Qarsda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti