...

Polşa Prezidenti Bronislav Komorovski İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 25 May 2015 19:20 (UTC +04:00)
Polşa Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Polşa Prezidenti Bronislav Komorovski İlham Əliyevə başsağlığı verib

Azərbaycan, Bakı, 25 may /Trend/

Polşa Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı. Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti