...

İlham Əliyev Georgi Marqvelaşvilini təbrik edib

Siyasət Materials 25 May 2015 19:35 (UTC +04:00)
İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Georgi Marqvelaşvilini təbrik edib

Azərbaycan, Bakı, 25 may /Trend/

İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Gürcüstanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələr xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti