...

İslam Kərimov: Azərbaycanın sanballı uğurları Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir

Siyasət Materials 25 May 2015 20:50 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İslam Kərimov: Azərbaycanın sanballı uğurları Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir

Azərbaycan, Bakı, 25 may /Trend/

Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti