...

Varşavanın Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 25 May 2015 21:41 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhərindəki Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirib.
Varşavanın Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhərindəki Kral Sarayında 28 May - Respublika Günü münasibətilə tədbir keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Kral Sarayının Balova zalında "Azərbaycan muğamı" adlı konsert olub. Azərbaycandan dəvət olunmuş xanəndələrin ifasında muğam xəzinəmizin nümunələri qonaqlara təqdim edilib. Xanəndələrin ifasında səsləndirilən "Bayatı Şiraz", "Sarı gəlin" və "Qarabağ şikəstəsi" qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Kral Sarayının əməkdaşı musiqişünas Aleksandra Buşta-Bonk çıxış edərək Azərbaycan muğamının qədim tarixi və fəlsəfəsi ilə bağlı qonaqlara məlumat verib. Xanım A.Buşta-Bonk muğamın ifasında istifadə edilən musiqi alətlərinin təkrarolunmaz səsə malik olduğunu qeyd edib və min illik tarixə malik musiqi incisinin Kral Sarayında səsləndirilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Tədbirdə hökumət nümayəndələri, XİN-in yüksək səviyyəli əməkdaşları, Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər, ümumilikdə 400 nəfər iştirak ediblər.

Sonda Kral Sarayında Respublika Günü münasibətilə ziyafət verilib.

Xəbər lenti

Xəbər lenti