...

Ekspert: Xəzəryanı ölkələr Xəzərin hərbiləşdirilməsindən uzaq durmalıdır

Siyasət Materials 26 May 2015 21:32 (UTC +04:00)
İstənilən Xəzəryanı ölkənin Xəzər dənizində hərbi iştirakını genişləndirməsi yekunda dənizin hərbiləşdirilməsinə gətirib çıxara bilər. Xəzəryanı ölkələr bundan maksimum uzaq durmalıdır.
Ekspert: Xəzəryanı ölkələr Xəzərin hərbiləşdirilməsindən uzaq durmalıdır

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Səba Ağayeva/

İstənilən Xəzəryanı ölkənin Xəzər dənizində hərbi iştirakını genişləndirməsi yekunda dənizin hərbiləşdirilməsinə gətirib çıxara bilər. Xəzəryanı ölkələr bundan maksimum uzaq durmalıdır. Bunu Trend-ə politoloq və hərbi ekspert Üzeyir Cəfərov İran mətbuatının yeni hərbi katerin sınaqdan uğurla çıxması barədə məlumatını şərh edərkən deyib.

İranda yeni hərbi sürətli katerin sınaqdan keçirilməsi uğurla başa çatıb. Kater 110 milədək sürət yığa bilər. Cari İran təqviminin sonunda (2016-cı il martın 20-də başa çatır) Tehran Hərbi Dəniz Qüvvələri üçün digər sürətli katerlərin inşasına başlanacaq. Bu gəmilər 80 milədək sürət yığa bilər və 100 kilometrədək hədəfi nişan ala bilən raketlərlə təchiz ediləcək.

Ekspert qeyd edib ki, İran və Rusiya Xəzərdə üstünlük əldə etmək üçün tarixən mübarizə aparıblar və hazırda da aparırlar: "İran Xəzərdə mövqeyindən geri çəkilməmək üçün kiçik sualtı qayıqlarından istifadə etməklə hərbi dəniz gücünü artırır. Tehran bu hərəkətini qaçaqmalçılıq və qanunsuz narkotik trafiki ilə mübarizəni gücləndirmək istəyi ilə izah edir, əslində isə dənizdə hərbi iştirakını artırır".

Ü.Cəfərov hesab edir ki, Azərbaycan qonşularının belə fəaliyyətinə daha diqqətlə yanaşmalıdır: "Azərbaycan həmişə Xəzərin hərbsizləşdirilməsinin tərəfdarı olub və digər Xəzəryanı ölkələri buna çağırıb. Xəzəryanı ölkələr sözdə yox, əməldə bu çağırışları nəzərə almalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti