...

Kopenhagendə “erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb

Siyasət Materials 27 May 2015 12:52 (UTC +04:00)
Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb.
Kopenhagendə “erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Danimarkadakı Azərbaycan və Türk diasporunun bu barədə məlumat əldə etdikdən sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib. Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət qondarma erməni soyqırımı barədə geniş məlumatlandırılıb.

Azərbaycan və Türk diasporu adından Danimarka Parlamentinə, Kopenhagen Bələdiyyəsinə etiraz məktubları göndərilib, erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək üçün yerli polis orqanlarına icazə üçün müraciət edilib. Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb.

Azərbaycan və Türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə "erməni soyqırımı" abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb.

Qeyd edək ki, Amerikadakı erməni diasporunun maliyyəsi ilə ucaldılması nəzərdə tutulan abidənin ermənilərin soyqırımı iddialarının 100-cü ildönümü ilə əlaqədar olaraq may ayında qoyulması planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti