...

Moldova XİN Azərbaycandakı səfirinin geri çağırılmasını şərh edib

Siyasət Materials 27 May 2015 14:03 (UTC +04:00)
Moldovanın Xarici İşlər Nazirliyi 10 ölkədən, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumatı şərh edib.
Moldova XİN Azərbaycandakı səfirinin geri çağırılmasını şərh edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Cəmilə Əliyeva/

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) 10 ölkədən, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumatı şərh edib.

Moldova XİN-dən Trend-ə verilən məlumata əsasən, ölkənin diplomatik xidmət haqqında qanuna müvafiq olaraq diplomatlar mandatlarının etibarlılıq müddəti başa çatdığına görə geri çağırılıb.

Qeyd edək ki, Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi əsasında 10 səfir geri çağırılıb.

İ.Bodiu bu vəzifəyə 2010-cu ilin avqustunda təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti