...

Praqada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib

Siyasət Materials 28 May 2015 01:53 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi tərəfindən Praqada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib.
Praqada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib

Azərbaycan, Bakı, 28 may /Trend/

Bu gün Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyi tərəfindən Praqada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edilib. Bu barədə Trend-ə Azərbaycanın Çexiya-da olan səfirliyindən məlumat veriblər.

Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndikdən sonra səfir Fərid Şəfiyev çıxış edərək qonaqlara Respublika Günü haqqında məlumat verib. Səfir öz çıxışında Azərbaycan-Çexiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib və ölkələr arasında artmaqda olan qarşılıqlı səfərlərin münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Ölkəmizin yüksək səviyyəli rəsmilərinin Çexiyaya, habelə yaxın zamanlarda Çexiya Prezidenti Miloş Zeman və Parlamentin Deputatlar Palatasının sədri Yan Hamaçekin Azərbaycana gözlənilən səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyi bildirib.

Səfir Fərid Şəfiyevin çıxışından sonra Çexiya tərəfindən ali qonaq qismində Parlamentin Deputatlar Palatasının sədri və Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yan Hamaçek çıxış edib. Yan Hamaçek Azərbaycanı özünə çox yaxın və dost ölkə hesab etdiyini vurğulayıb, dəfələrlə ölkəmizdə səfərdə olduğunu bildirib. O, həmçinin Azərbaycanın ərazilərinin işğal edildiyini xüsusilə vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib.

Tədbirdə Çexiya dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, diplomatik korpusun təmsilçiləri, çex və Azərbaycan ictimaiyyətinin üzvləri iştirak edib.

Tədbir zamanı qonaqların şərəfinə Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Xəbər lenti

Xəbər lenti