...

Mübariz Qurbanlı: Azərbayan güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı

Siyasət Materials 28 May 2015 10:59 (UTC +04:00)
Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, müsəlman Şərqində ilk dünyəvi dövləti olan Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı.
Mübariz Qurbanlı: Azərbayan güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İlkin İzzət/

Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz facebook səhifəsində 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mətnində qeyd edib.

M.Qurbanlı bildirib: "Sizi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 70 illik Sovet rejiminin tərkibində yaşayan Azərbaycan XX əsrin sonlarında yenidən öz müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illəri ağır keçsə də, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, Azərbaycan demokratik və inkişaf prinsiplərinə sadiq qalaraq gələcəyə doğru inamla addımladı".

Dövlət Komitəsinin sədri hər bir Azərbaycan vətəndaşını milli bayramımız - Respublika Günü münasibəti ilə təbrik edib, onlara tolerant, multikultural ənənələrə sadiq qalan ölkəmizdə xoşbəxt günlər yaşamağı arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti