...

Meksikada 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib FOTO)

Siyasət Materials 28 May 2015 13:01 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfirliyində 28 May Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Meksikada 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycanın Meksikadakı səfirliyində 28 May Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən verilən məlumatda bildirilir.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi tərəfindən 28 May Respublika günü münasibətilə Mexikoda tanınmış St. Regis ötelində rəsmi qəbul keçirilib. Tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə içtimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri, media nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səfir İlqar Muxtarov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik Respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən, Sovet hakmiyyəti illərində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsindəki xidmətlərindən danışıb. Dilpomat eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu işğal aktının mənfi fəsadlarından, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu dövlət siyasətindən - demokratik və sosial-iqtisadi islahatlardan da söz açıb.

Səfir sonra Azərbaycanın son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən də geniş bəhs edib.

Sonra tədbirdə Azərbaycanın son nailiyyətləri mövzusunda video təqdimat nümayiş etdirilib.

Tədbirdə həmçinin cari ilin aprel ayında Meksikanın 5 şəhəri (Mexiko, Puebla, Tixuana, Mexikali, Ensenada) üzrə 9 universitetinin ("ANAHUAC SUR" , "ANAHUAC NORTE", "IBERO", "ITAM", "UDLA", "CETYS - Mexicali", "CETYS - Tijuana", "CETYS - Ensenada", "UTEL") tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə Səfirliyin diplomlarının təqdimetmə mərasimi keçirilib.

Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti