...

Millət vəkili: İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz

Siyasət Materials 29 May 2015 13:43 (UTC +04:00)
“İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz”. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçierilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Milli Şura”nın mitinqə gəlməyənləri qorxaq adlandırması məsələsinə münasibət bildirərkən deyib.
Millət vəkili: İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Elçin Mehdiyev/

"İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz". Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev "Milli Şura"nın mitinqə gəlməyənləri qorxaq adlandırması məsələsinə münasibət bildirərkən deyib.

Q.Həsənquliyev vurğulayıb ki, "Milli Şura" adlanan qrup açıq şəkildə xalqı təhqir edir: "Onlar deyirlər ki, mitinqə gəlməyənlər qorxaqdırlar. İnsanları şantaj edərək mitinqlərə çıxarmaq olmaz. Hesab edirəm ki, bu qətiyyən yolverilməzdir. Binqədidə baş verən yanğın hadisəsində vətəndaşlarımızın həlak olması bizi üzür. Ancaq bunu şantaja çevirərək mitinqə çağırış üçün istifadə etmək doğru deyil. Onlar deyirlər ki, azərbaycanlı olduqlarına görə utanırlar. Düzdür. Onlar həqiqətən azərbaycanlı olduqlarına görə, utana bilərlər".

Deputat bildirib ki, hazırda "Milli Şura"nın sədri Cəmil Həsənli deputat seçilmədikdən sonra ağlına gələni danışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti