...

Meksika səfiri Azərbaycanla münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcək (FOTO)

Siyasət Materials 29 May 2015 19:30 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.
Meksika səfiri Azərbaycanla münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcək (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov X.Floresi ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycan və Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi, xüsusilə də enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlərin olduğu qeyd edilib.

Səfir fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

X.Flores etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti