...

ABŞ səfirliyi Azərbaycanda hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir

Siyasət Materials 30 May 2015 14:02 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycanda hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir.
ABŞ səfirliyi Azərbaycanda hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Cəmilə Əliyeva/

ABŞ səfirliyi Azərbaycanda hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir. Trend xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən öncə səfir Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla, partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi, həmçinin Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib.

Bildirilir ki, bu kimi görüşlər R.Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti