...

Prezident: Azərbaycan və İtaliya arasında mövcud sıx əməkdaşlıq gələcəkdə daha da güclənəcək

Siyasət Materials 30 May 2015 16:30 (UTC +04:00)
İtaliya Prezidenti Sergio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident: Azərbaycan və İtaliya arasında mövcud sıx əməkdaşlıq gələcəkdə daha da güclənəcək

Azərbaycan, Bakı, 30 may /Trend/

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İtaliya xalqı adından və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzulayıram.

İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar.

Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir.

Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti