...

Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 30 May 2015 17:55 (UTC +04:00)
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 may /Trend/

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə mötəbər hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin xalqımıza göstərdiyiniz sıx qardaşlıq dəstəyinə və həmrəyliyinizə, torpaqlarını və müqəddəs məkanlarını qorumaq, milli Fələstin torpağında müstəqil dövlətimizi qurmaq, təhlükəsizlik, sülh və yaxşı qonşuluq münasibətləri məkanına çevirmək üçün ədalətli və qanuni mübarizəmizə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildiririk.

Zati-alinizə təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti