...

Asim Mollzadə: Avropa Parlamentindəki hadisələrin arxasında erməni lobbisi dayanır

Siyasət Materials 10 İyun 2015 10:53 (UTC +04:00)
Son zamanlar Avropa Parlamentində baş verən və buna bənzər hadisələrin arxasında ermənilərin lobbi qrupları dayanır. Azərbaycana qarşı müəyyən ideoloji müharibə aparılır.
Asim Mollzadə: Avropa Parlamentindəki hadisələrin arxasında erməni lobbisi dayanır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Son zamanlar Avropa Parlamentində baş verən və buna bənzər hadisələrin arxasında ermənilərin lobbi qrupları dayanır. Azərbaycana qarşı ideoloji müharibə aparılır.

Bunu Trend-ə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı keçiriləcək dinləmələrə münasibət bildirərkən deyib.

Parlament üzvü təəssüflə qeyd edib ki, Azərbaycan hər zaman Avropa üçün önəmli, Avropaya inteqrasiya, mədəniyyət və idmanla bağlı hər hansı böyük tədbirləri keçirərkən belə hücumlarla üzləşir: "Onların insan hüquqları və demokratiya şüarları isə sadəcə bir bəhanədir. Məqsəd Azərbaycana təzyiqlər göstərmək, Azərbaycanın imicinə xələl gətirməkdir. Bu da onunla bağlıdır ki, onlar çox gözəl anlayırlar ki, keçmiş SSRİ ərazisində Avropa Birliyi üçün ən önəmli ölkə, ən mühüm layihələri həyata keçirən, Avropanın enerji layihələrinin həyata keçirilməsində böyük rol oynayan ölkə məhz Azərbaycandır. Təbii ki, erməni lobbisi və diasporu çox istəyir ki, bu proses dayansın. Bu proseslər əslində Ermənistanın bir hərbi baza olduğunu Avropa ictimaiyyəti üçün ifşa edə bilər. Ona görə də ermənilər və onların arxasında duran qüvvələr Azərbaycana qarşı bu cür təzyiq vasitələrinə əl atırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti