...

Ekspert: Rəhbərliyin siyasi kursu Ermənistanı böhrana saldı

Siyasət Materials 27 İyun 2015 11:51 (UTC +04:00)
Ermənistan rəhbərliyinin apardığı siyasi kurs və iqtisadi siyasəti ölkəni böhrana saldı.
Ekspert: Rəhbərliyin siyasi kursu Ermənistanı böhrana saldı

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Ermənistan rəhbərliyinin apardığı siyasi kursu və iqtisadi siyasəti ölkəni böhrana saldı. Bunu Trend-ə Yaxın Şərq üzrə analitik, Dubayda sığorta risklərinin idarəetmə müşaviri Teodor Karasik deyib.

Onun sözlərinə əsasən, Ermənistanda mövcud vəziyyətin səbəbləri ölkə Prezidentini əhatə edən biznes klanlar və Rusiyanın bu ölkədə iştirakına görə Yerevana edlən təzyiq oldu: "Ermənistanın Rusiya təsirindən azad olmasının vaxtı çatıb".

T.Karasik bildirib ki, Ermənistan iqtisadi islahatlar aparmalıdır: "Bu islahatlar onu kolonial asılılıqdan azad olmağa və iqtisadiyyatı yüksəltməyə imkan verəcək. Lakin bunu etmək Ermənistan üçün çətin olacaq, çünki o, iqtisadiyyat və təhlükəsizlik baxımından Rusiyadan asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti