...

Azərbaycan və Latviya arasında təhlükəsizlik və müdafiə məsələlərinə dair müzakirələr aparılacaq

Siyasət Materials 3 İyul 2015 10:07 (UTC +04:00)
Azərbaycan Respublikası Müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb.
Azərbaycan və Latviya arasında təhlükəsizlik və müdafiə məsələlərinə dair müzakirələr aparılacaq

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.

Azərbaycanın Müdafiə naziri Latviya Respublikasının yeni seçilmiş Prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı Müdafiə naziri cənab Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.

Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti