...

ATƏT PA-nın yeni baş katibi seçilib

Siyasət Materials 6 İyul 2015 11:10 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) yeni baş katibi seçilib.
ATƏT PA-nın yeni baş katibi seçilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT Parlament Assambleyasının (PA) yeni baş katibi seçilib. Trend bu barədə təşkilatın rəsmi saytına istinadən xəbər verir.

ATƏT PA-nın baş katibi İtaliyadan olan parlamentar Robert Montella olub.

R.Montella iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində Helsinkidə keçirilən Daimi Komitənin iclasında seçilib.

R.Montella vəzifəsinin icrasına 2016-cı ilin yanvarın 1-dən başlayacaq.

Qeyd edək ki, ATƏT PA-nın baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq 2 dəfə seçilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti