...

Bahar Muradova: Azərbaycanlılar, İrəvan da daxil olmaqla, tarixi torpaqlarına qayıdacaqlar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyul 2015 14:50 (UTC +04:00)
Azərbaycanlılar, İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaqlar.
Bahar Muradova: Azərbaycanlılar, İrəvan da daxil olmaqla, tarixi torpaqlarına qayıdacaqlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanlılar, İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaqlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Helsinkidə ATƏT Parlament Assambleyasının yubiley sessiyasında çıxışında deyib.

B.Muradova bildirib ki, ATƏT və qurumun Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkət etməlidirlər.

Vitse-spikerin sözlərinə görə, münaqişələrə görə doğma evlərindən didərgin düşmüş milyonlarla insan əziyyət çəkir ki, bu da təcili qərarların qəbul edilməsini tələb edir.

O, qeyd edib ki, bu gün ATƏT çərçivəsində beynəlxalq münasibətlər sistemindən yan keçmək, ATƏT regionlarını bir-birinə qarşı duran avroatlantik strukturların təsir zonasına bölmək cəhdləri müşahidə olunur: "Bu problemlərin həll edilməməsi təşkilatın fəaliyyətini təhlükə altında qoyur. Buna görə də qonşuluq əlaqələrimizi müstəqillik və ərazi bütövlüyünə hörmət əsasında bərpa etməklə münaqişələrin tez bir zamanda nizamlanması üçün qüvvələrimizi səfərbər etməliyik. Münaqişə zonalarında status-kvonu dəyişmək məqsədilə əməli addımlar atmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti