...

Mübariz Əhmədoğlu: Gizli qulaqasma İranla “altılıq” arasında danışıqlar prosesində yeni, ciddi problemlər yarada bilər

Siyasət Materials 7 İyul 2015 13:19 (UTC +04:00)
"Gizli qulaqasma İranla “altılıq” arasında danışıqlar prosesində yeni, ciddi problemlər yarada bilər. İranla “Altılıq” arasında danışıqların növbəti raundunun vaxtı uzadıldı. Nəzərdə tutulan sazişin əvvəlcədən elan edilmiş müddətə hazırlaya bilmədilər. İndi başlayan mərhələdə əldə edilmiş razılaşmalar müqavilənin hazırlanıb imzalanması ilə başa çata bilər".
Mübariz Əhmədoğlu: Gizli qulaqasma İranla “altılıq” arasında danışıqlar prosesində yeni, ciddi problemlər yarada bilər

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Gizli qulaqasma İranla "altılıq" arasında danışıqlar prosesində yeni, ciddi problemlər yarada bilər. İranla "Altılıq" arasında danışıqların növbəti raundunun vaxtı uzadıldı. Nəzərdə tutulan sazişin əvvəlcədən elan edilmiş müddətə hazırlaya bilmədilər. İndi başlayan mərhələdə əldə edilmiş razılaşmalar müqavilənin hazırlanıb imzalanması ilə başa çata bilər".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, İranın Ali dini lideri yeni qırmızı xətlər müəyyənləşdirdi: "Bu, qırmızı xətlər Qərbin istədiyi anlamda nüvə razılaşmasının əldə olunmasına imkan vermir. Yeni formul tapılıb: İran zənginləşdirilmiş uran istifadə edir, amma bu zənginləşdirilmiş uranı özündə saxlamır, digər dövlətlərə satır. "Altılıq" İranın həssaslıq göstərdiyi məsələlərdə güzəştə getdi: İranın hərbi obyektlərində yoxlama olmayacaq, nüvə obyektlərində isə yoxlama BMT TŞ qərarı ilə reallaşdırılacaq. Lakin yoxlama-inspeksiya olmadan razılığın əldə edilməsi mümkün deyil. Bu barədə ABŞ prezidenti Barak Obama bəyanat verdi. Eləcə də B.Obamanın İranın Ali dini lideri S.Ə.Xamneyiyə məktub yazması ilə bağlı yayılan məlumatlar təkzib edildi".

M.Əhmədoğlu bildirib ki, İranla "altılıq" arasında danışıqlar prosesində yeni, ciddi problemlər yarandı: "Bu danışıqlara gizli qulaq asma ilə əlaqəlidir. İran tərəfi iddia edir ki, danışıqlar aparılan binalar gizli qulaqasma aparatları ilə dinlənilir. İranla "altılıq" arasında nüvə danışıqlarının gizli mahiyyəti dünyanın heç bir dövləti və ya aparıcı mətbu orqanı üçün maraq kəsb etmir. "Altılıq" dünyanın ən iri dövlətləridir, belə səsyazma texnologiyalarının sahibidirlər. Danışıqlar prosesində iştirak etdikləri üçün "altılıq" dövlətlərinin gizli qulaqasmaya ehtiyacı yoxdur".

Mərkəz rəhbəri sonra burğulayıb ki, amma İran barədə bunu demək mümkün deyil: "İranda bütün məsələlər iki qrupa bölünüb. Nüvə danışıqlarına münasibətdə isə bölünmə daha radikaldır. Dindarlar İran adından nüvə danışıqları aparan prezident komandasına etibarsızlıq nümayiş etdirirlər. Onların fikrincə, İranın nüvə danışıqları komandası İranın milli maraqlarını sata bilər. İranın Ali dini liderinə tabe olan qüvvələri hərbi kəşfiyyat baxımından xeyli güclüdür. Ona görə İranın Ali dini liderinə tabe olan qüvvələr İran prezidentinin danışıq komandasına qulaq asmağa çox maraqlıdırlar".

M.Əhmədoğlu onu da əlavə edib ki, məsələnin ziddiyətli tərəfi orasındadır ki, İran prezidentinin komandasının üzvləri dini baxımdan təqlid mərcələrinə, yəni dini liderlərə tabedir: "Başqa sözlə, İranın nüvə komandasının üzvünə dini lider adından göstəriş veriləcəyi təqdirdə o, danışıqların hansı şəhərdə, hansı binada keçiriləcəyi barədə məlumatları verməyə borcludur. Qulaq asma aparatlarını quraşdırmaq isə İranın o biri komandasının işidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti