...

Azərbaycanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiya tərəfinə başsağlığı verdi

Siyasət Materials 13 İyul 2015 19:03 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiya tərəfinə başsağlığı verib.
Azərbaycanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiya tərəfinə başsağlığı verdi

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya və Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimova Rusiyanın Omsk şəhərindəki hərbi hissədə insan itkisi ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilir: "Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti