...

Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri ilə görüşüb

Siyasət Materials 23 İyul 2015 18:06 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiyası edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını qeyd edib.

T.Anodina Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində peşəkar fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkürünü ifadə edib. O, eləcə də Azərbaycanın hava nəqliyyat infrastrukturunun inkişafı və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını qeyd edib.

Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti