...

Politoloq: Aİ-də başa düşdülər ki, Azərbaycanla dostluq etmək lazımdır

Siyasət Materials 24 İyul 2015 13:15 (UTC +04:00)
Bakının antiazərbaycan qətnaməsi və ölkəyə müxtəlif təzyiq formalarına reaksiyasından sonra Avropa İttifaqında (Aİ) başa düşdülər ki, Azərbaycanla dostluq etmək və tərəfdaşlıq münasibətlərini saxlamaq daha yaxşı olardı, öyüd vermək və daxili siyasət çərçivəsində təzyiq etmək lazım deyil.
Politoloq: Aİ-də başa düşdülər ki, Azərbaycanla dostluq etmək lazımdır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səba Ağayeva/

Bakının antiazərbaycan qətnaməsi və ölkəyə müxtəlif təzyiq formalarına reaksiyasından sonra Avropa İttifaqında (Aİ) başa düşdülər ki, Azərbaycanla dostluq etmək və tərəfdaşlıq münasibətlərini saxlamaq daha yaxşı olardı, öyüd vermək və daxili siyasətə təzyiq etmək lazım deyil.

Bu barədə Trend-ə Qərb universitetinin professoru, politoloq Fikrət Sadıxov Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, D.Tuskun səfəri rəsmi Bakını eşitmək məqsədi güdürdü: "Bundan başqa, səfərin məqsədləri arasında regional təhlükəsizliklə bağlı aktual problemləri müzakirə etmək və Aİ ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına səbəb olacaq addımlar atmaq var idi. Səfərin yekunlarından belə çıxır ki, Avropa İttifaqı Şurasının prezidenti ikitərəfli tərəfdaşlıq əlaqələrinin əvvəlki kimi isti olması üçün əlindən gələni etdi. Azərbaycan yenidən təsdiqlədi ki, assosiativ tərəfdaşlıq barədə hər hansı saziş imzalamaq niyyətində deyil. Belə ki, bu sazişlərdə çoxlu tələblər və əsassız şərtlər var ki, onlar da ölkənin marağına uyğun deyil".

F.Sadıxov D.Tuskun eşitdiklərindən nəticələr çıxaracağına ümid etdiyini bildirib.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin bəyanatında Ermənistanda baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlı hissə ən əhəmiyyətli məsələ olub: "Ölkə başçısı Ermənistan tərəfindən Azərbaycan torpaqlarına qarşı yürüdülən işğalçılıq siyasətinin bu gün davam etdiyini və demokratik dəyərlərin pozulması barədə konkret nümunələr göstərdi".

Politoloq ikitərəfli əlaqələrin davam etməsi üçün D.Tuskun səfərini müsbət qiymətləndirib: "Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın rolunu qiymətləndirdiyini və başa düşdüyünü, Avropa qitəsi və regionun təhlükəsizliyinin, ələlxüsus enerji təhlükəsizliyinin təmin edilməsində ölkənin əhəmiyyətini gizlətmirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti