...

Ekspert: "İncirlik" "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün geostrateji mövqeyə malikdir

Siyasət Materials 25 İyul 2015 13:05 (UTC +04:00)
"İncirlik" hərbi-hava bazası "İslam Dövləti" terror təşkilatına qarşı hərbi əməliyyatlar aparmaq üçün vacib geostrateji mövqeyə malikdir.
Ekspert: "İncirlik" "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün geostrateji mövqeyə malikdir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

"İncirlik" hərbi-hava bazası "İslam Dövləti" terror təşkilatına qarşı hərbi əməliyyatlar aparmaq üçün vacib geostrateji mövqeyə malikdir. Bunu Trend-ə Yaxın Şərq üzrə analitik, Dubayda sığorta risklərinin idarəetmə müşaviri Teodor Karasik deyib.

O bildirib ki, əgər Suriyada uçuşsuz zona yaradılacaqsa, bu, Bəşər Əsəd üçün Ankaranın Suriyanın gələcəyi məsələlərilə ciddi məşğul olması ilə bağlı özünəməxsus ismarıc olacaq.

Ekspert qeyd edib ki, Türkiyənin nəhayət "İslam Dövləti"nə qarşı aktiv mübarizəyə qoşulmasına görə bir çox dövlət rahat nəfəs almağa başladı.

T.Karasik sonda əlavə edib ki, Suruçda 32 nəfərin ölümü ilə nəticələnmiş terror aktı Türkiyənin səbr kasasını daşırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti