...

Vecdi Könül: Ankara türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində çıxış edir (EKSKLÜZİV)

Siyasət Materials 28 İyul 2015 08:26 (UTC +04:00)
Türkiyə türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində çıxış edir.
Vecdi Könül: Ankara türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində çıxış edir (EKSKLÜZİV)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində çıxış edir. Bunu Trend-ə müsahibəsində Türkiyənin müdafiə naziri Vecdi Könül deyib.

O bildirib ki, Sovet İttifaqının süqutundan sonra türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində müəyyən irəliləyiş əldə olunub, digər tərəfdən, hazırda bu dövlətlər arasında coğrafi mövqe və siyasi prinsiplərlə əlaqədar bir sıra struktur problemlər mövcuddur: "Su ehtiyatlarının idarə edilməsi, sərhədlərlə bağlı və etnik problemlər türkdilli ölkələr arasında etnik yaxınlığı çətinləşdirir. Lakin bütün bunlar tarixi-etnik dəyərlər çərçivəsində əməkdaşlığın davam etməsinə mane olmur".

O, həmçinin qeyd edib ki, türkdilli ölkələrlə əlaqələrin inkişafı və əməkdaşlıq çərçivəsində 2010-cu ildə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıb ki, bu da adıçəkilən ölkələr arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Nazir bildirib ki, mənzil-qərargahı İstanbulda yerləşən bu Şuranın məqsədi türkdilli ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi və möhkəmlənməsidir: "Şuranın məqsədlərindən biri də türkdilli ölkələr arasında tarix boyu formalaşan mədəni əlaqələrin möhkəmlənməsidir. Şuranın 2015-ci ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək beşinci sammitinin mövzusu rabitə və media-texnologiya məsələləri olacaq".

V.Könül qeyd edib ki, Türkmənistan bitərəflik statusu çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olmasa da, sammitin bir sıra tədbirlərində iştirak edir: "Özbəkistan isə Şura ilə əlaqələrdən yan qaçır".

O bildirib ki, türkdilli ölkələr müstəqillik əldə etdikdən sonra Türkiyə həmişə bu ölkələri dəstəkləyib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti