...

Zakir Həsənov Fransa səfiri ilə hərbi-siyasi vəziyyəti müzakirə edib (FOTO)

Siyasət Materials 28 İyul 2015 15:57 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.
Zakir Həsənov Fransa səfiri ilə hərbi-siyasi vəziyyəti müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə iştirak edən Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti