...

Aİ: Azərbaycanın regional sabitliyə töhfə vermək imkanı var

Siyasət Materials 5 Avqust 2015 21:30 (UTC +04:00)
Azərbaycan regional sabitliyə töhfə vermək, ekstremizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Avropa İttifaqı ilə əməkdaşlıq etmək və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun və Avropa İttifaqının xüsusi nümayəndəsinin səylərini dəstəkləmək imkanına malikdir.
Aİ: Azərbaycanın regional sabitliyə töhfə vermək imkanı var

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan regional sabitliyə töhfə vermək, ekstremizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Avropa İttifaqı ilə əməkdaşlıq etmək və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun və Avropa İttifaqının xüsusi nümayəndəsinin səylərini dəstəkləmək imkanına malikdir.

Trend-in məlumatına görə, bunu "Azernews" qəzetinə Avropa Komissiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıqla yanaşı, Avropa İttifaqı və Azərbaycan bir sıra digər sahələrdə də daha sıx əməkdaşlıqdan faydalana bilərlər. Ticarət və iqtisadi əlaqələr, o cümlədən texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycana iqtisadiyyatını şaxələndirməkdə və rəqabət gücünü artırmaqda yardımçı ola bilər.

Vurğulanıb ki, eyni zamanda, tərəflər Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Aviasiya Sazişinin yerinə yetirilməsi və Aİ proqramları və orqanlarında Azərbaycanın iştirakı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin ticarət müddəalarının təkmilləşdirilməsi və Aİ-nin Azərbaycanın təhsil sisteminin modernləşdirilməsində iştirakı kimi sahələrdə də səmərəli əməkdaşlıq edə bilərlər.

Bildirilib ki, Aİ həmçinin Azərbaycanın xarici investisiyalar üçün daha cəlbedici olmasına köməklik göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti