...

Səfirlik: Leyla və Arif Yunus haqqında çıxarılmış məhkəmə hökmünün siyasiləşdirməsi qəbul edilməzdir

Siyasət Materials 18 Avqust 2015 16:07 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyi Leyla və Arif Yunus haqqında çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərini pisləyən bəyanat yayıb.
Səfirlik: Leyla və Arif Yunus haqqında çıxarılmış məhkəmə hökmünün siyasiləşdirməsi qəbul edilməzdir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycanın Almaniyadakı səfirliyi Leyla və Arif Yunus haqqında çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərini pisləyən bəyanat yayıb.

Səfirlikdən Trend-ə daxil olan məlumata görə, bəyanatda vurğulanır ki, hüquqi dövlətdə törədilmiş cinayətin müvafiq cəzası olmalıdır: "Hər bir demokratik ölkədə olduğu kimi, insan hüquqları müdafiəçisi olmaq və ya hər hansı bir digər status vətəndaşı Azərbaycan Respublikası Qanunu qarşısında məsuliyyətdən azad etmir. Leyla Yunus və Arif Yunusun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi prosesi Azərbaycan Respublikasının birinci instansiya məhkəməsi tərəfindən açıq və ölkə qanunvericiliyinə uyğun şəkildə baş verib. Məhkəmə prosesi xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən sərbəst şəkildə müşahidə olunub. Buna baxmayaraq, Almaniyadakı bəzi dairələr müstəqil məhkəmənin qərarına hörmətsizlik edərək, onu əsassız olaraq siyasiləşdirməyə cəhd göstəriblər".

Bəyanatda həmçinin qeyd olunur ki, ölkəmizdə müstəqillik əldə olunmasından sonra demokratik-hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib və ölkənin müstəqil məhkəmə orqanlarının işinə siyasi bəyanatlarla təzyiq göstərilməsi qəbul edilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti