...

Ukraynanın MDB-nin cinayətkarların axtarış sistemindən çıxmasına Azərbaycandan reaksiya

Siyasət Materials 20 Avqust 2015 17:43 (UTC +04:00)
Ukraynanın MDB çərçivəsində cinayətkarların axtarış sistemindən çıxması Azərbaycan bu sahədə Ukrayna ilə əməkdaşlığında hər hansı problem yaratmayacaq.
Ukraynanın MDB-nin cinayətkarların axtarış sistemindən çıxmasına Azərbaycandan reaksiya

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/

Ukraynanın MDB çərçivəsində cinayətkarların axtarış sistemindən çıxması Azərbaycana bu sahədə Ukrayna ilə əməkdaşlığında hər hansı problem yaratmayacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən bildiriblər.

Bilidirilib ki, Azərbaycan Ukrayna ilə cinayətkarların axtarışı sahəsində İnterpol, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və ikitərəfli sazişlər əsasında birbaşa əməkdaşlıq edir: "Ukraynanın MDB çərçivəsindəki cinayətkarların axtarış sistemindən çıxması onlarla bu sahədə əlaqələrimizin tamamilə yox olması demək deyil. Mövcud sazişlər Azərbaycanla Ukrayna arasında cinayətkarların qarşılıqlı şəkildə axtarışına tam şərait yaradır".

Qeyd edək ki, bu gün Ukraynanın baş naziri Arseniy Yatsenyuk vətəndaşların biometrik məlumatlarına yeni nəzarət sisteminin təqdimatı zamanı deyib ki, Ukrayna avqustun 24-dən MDB çərçivəsində cinayətkarların axtarış sistemindən çıxacaq və İnterpolun məlumat bazası ilə sinxronlaşdırılmış birbaşa kanalların istifadəsinə keçəcək.

Onun sözlərinə görə, Ukrayna MDB ölkələrinin axtarış bazasından ona görə çıxır ki, Moskva onların prosessual tapşırıqlarını yerinə yetirmir. A.Yatsenyuk deyib ki, indi kiminsə beynəlxalq axtarışda olub-olmaması sərhəd xidməti tərəfindən İnterpolun məlumat bazasına girərək yoxlanılır: "Kimin adı İnterpolda varsa, onlar Ukrayna sərhəddini keçə bilməyəcək və hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti