...

Uşaqları Həştərxandakı “Drujba” uşaq bağçasında tərbiyə alan valideynlərin bir qrupu Azərbaycanın birinci xanımını ad günü münasibətilə təbrik edib

Siyasət Materials 27 Avqust 2015 17:33 (UTC +04:00)
Həştərxan şəhərindəki Bələdiyyə büdcəsindən maliyyələşdirilən “Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” təhsil müəssisəsi nəzdində “Drujba” uşaq bağçasında tərbiyə alan uşaqların valideynlərinin bir qrupu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
Uşaqları Həştərxandakı “Drujba” uşaq bağçasında tərbiyə alan valideynlərin bir qrupu Azərbaycanın birinci xanımını ad günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Həştərxan şəhərindəki Bələdiyyə büdcəsindən maliyyələşdirilən "Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi" təhsil müəssisəsi nəzdində "Drujba" uşaq bağçasında tərbiyə alan uşaqların valideynlərinin bir qrupu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Biz Həştərxan şəhərindəki 11 nömrəli məktəbin nəzdində bu il yeni tikilmiş "Drujba" uşaq bağçasına gedən uşaqların valideynləriyik. Bu məktəbəqədər müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Şəhərin bəzəyinə çevrilmiş bu qəşəng, rahat binaya görə, uşaqlarımızın bütün gün ərzində olduğu təmiz və rahat qruplara, uşaq bağçasının həyətində balacaların təmiz havada əyləndikləri müasir oyun meydançalarına görə Sizə dərin təşəkkürümüzü bildiririk".

Həştərxanlı valideynlər yazırlar ki, balacalar hər səhər uşaq bağçasına məmnuniyyətlə gedir, burada maraqla yeni biliklər əldə edir, günlərini şən keçirirlər. Bağçada rahatlıq, xeyirxahlıq ab-havası hökm sürür. Uşaqların inkişafı və tərbiyəsi üçün hər cür şərait yaradılıb. Onların asudə vaxtlarının daha rəngarəng olması məqsədilə valideynlər mütəmadi olaraq bayram tədbirləri, ailəvi görüşlər və idman viktorinaları təşkil etməyi planlaşdırırlar.

Məktubda deyilir: "Əzizimiz Mehriban xanım, Sizi bu bayramlarda fəxri qonaq kimi görməyə çox şad olardıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti