...

“Əl-Cəzirə” Televiziyasının Müşaviri: Azərbaycanın sivil, demokratik, dünyəvi, multikultural, tolerant ölkə olduğunun şahidi oldum

Siyasət Materials 27 Avqust 2015 17:50 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün “Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və “Əl-Cəzirə” Televiziyasının İran məsələləri üzrə Müşaviri Dr.Fatima Alsmadini qəbul edib.
“Əl-Cəzirə” Televiziyasının Müşaviri: Azərbaycanın sivil, demokratik, dünyəvi, multikultural, tolerant ölkə olduğunun şahidi oldum

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün "Əl-Cəzirə" Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və "Əl-Cəzirə" Televiziyasının İran məsələləri üzrə Müşaviri Dr.Fatima Alsmadini qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Qurbanlı görüşdə Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb.

Komitə sədri bildirib ki, respublikamızda bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: "Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə, dünyada nümunə ola biləcək ölkələrdən biridir, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər".

Sonra M.Qurbanlı qonağın Komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən "Əl-Cəzirə" Televiziyasının Müşaviri Dr.Fatima Alsmadi ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib: "Azərbaycan haqqında məlumatlar reallığı tam əks etdirmir və bəzən qərəzlidir. Burada Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi oldum".

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Dr.Fatima Alsmadi səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının Müşaviri Dr.Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti