...

Türkiyə aviasiyasının “qartalları” Azərbaycana gəldi (FOTO+VİDEO)

Siyasət Materials 28 Avqust 2015 10:59 (UTC +04:00)
“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.
Türkiyə aviasiyasının “qartalları” Azərbaycana gəldi (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

"TurAz Qartalı - 2015" təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015" birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

Təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti