...

Oqtay Əsədov ABŞ-a nələri müzakirə etməyə gedir?

Siyasət Materials 28 Avqust 2015 17:39 (UTC +04:00)
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.
Oqtay Əsədov ABŞ-a nələri müzakirə etməyə gedir?

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə Parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, Parlamentlərin işində gender bərabərliyinin təşviqi, Parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti