...

İlham Əliyev Qırğızıstan prezidentini təbrik edib

Siyasət Materials 29 Avqust 2015 15:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Almazbek Atambayevi təbrik edib.
İlham Əliyev Qırğızıstan prezidentini təbrik edib

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Almazbek Atambayevi təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti