...

Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uzlaşması imkanlarını yoxlayıblar (FOTO)

Siyasət Materials 1 Sentyabr 2015 12:54 (UTC +04:00)
“TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uzlaşması imkanlarını yoxlayıblar (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

"TurAz Qartalı - 2015" birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti