...

Prezident İlham Əliyev bir sıra icra başçılarını vəzifələrindən azad etdi (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 2 Sentyabr 2015 18:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir sıra icra başçılarını vəzifələrindən azad etdi (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla isə Zakir Fərəc oğlu Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla isə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev, həmçinin Eldar Əziz oğlu Əzizovun Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan başqa, dövlət başçısı İradə Akif qızı Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti