...

Müdafiə Nazirliyi: Avqustda düşmənin 18 hərbçisi ölüb

Siyasət Materials 2 Sentyabr 2015 18:12 (UTC +04:00)
Yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib.
Müdafiə Nazirliyi: Avqustda düşmənin 18 hərbçisi ölüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır:

"Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı, təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır və eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti