...

MSK: Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə böyük zərər vurur

Siyasət Materials 3 Sentyabr 2015 11:04 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib.
MSK: Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə böyük zərər vurur

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib.

Trend-in məlumatına görə, dairə seçki komissiyalarının nəzdində yaradılan ekspert qruplarının üzvləri üçün təşkil olunan seminarı giriş sözü ilə açan MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, bu gün Azərbaycanda müəyyən ənənəyə söykənən seçki sistemi və seçki təcrübəsi formalaşıb.

Seçicilərin sayının 5 milyon ətrafında formalaşdığını deyən N.Məmmədov bildirib ki, Azərbaycanın seçki təcrübəsi və sistemi xalqın iradəsini ortaya qoymuş seçki sistemi sayıla bilər: "Bizim əldə etdiyimiz naliyyətlər göz qarşısındadır. Bunu bizimlə əməkdaşlıq edən beynəlxalq qurumlar da qeyd edirlər. Bu, bizim beynəlxalq qurumlarla səmərəli əməkdaşlğımızın göstəricisidir. Bu həm də demokratiyanın qorunması istiqamətində birgə səylər kimi də qiymətləndirilə bilər".

N.Məmmədov seçkilərdə bəzi problemlərin olmasını da istisna etməyib: "Bütün dünyada, o cümlədən, Azərbaycanda keçirilən seçkilərdə problemlər olur. Seçki çox geniş bir psosesdir. Burada milyonlarla insan iştirak edir. Onların hamısının fəaliyyətinin qanunauyğun şəkildə qurulması asan məsələ deyil".

MSK sədrinin müavini vurğulayb ki, Azərbaycanda keçirilən 2010 parlament seçkilərində daxil olan şikayətlərin sayı 267, 2013-cü il prezident seçkilərində 19, 2014-cü il bələdiyyə seçkilərində isə 96 olub: "Bu rəqəm 5 milyon iştirakçının maraqlarının bir araya gəldiyi məkanda çox kiçikdir. Amma bu o demək deyil ki, biz bundan sonra laqeyd olacağıq. Bizim əsas məqsədimiz insanların hüquqlarının pozulmasına yol verməməkdir".

N.Məmmədov eyni zamanda, müşahidəçilərin fəaliyyətinə də toxunub. O bildirib ki, seçkilər adətən 50 min müşahidəçi tərəfindən izlənilir. Təəssüflər olsun ki, bir sıra hallarda müşahidəçilərin iradları Avropa Məhkəməsinin qərarı ilə də təsdiqini tapa bilmir: "Onlar hansısa halın baş verdiyi məkanı və vaxtı göstərmirlər, kiminləsə söhbət edib əldə etdkləri məlumatlar əsasında seçki haqqında fikir formalaşdırırlar. Amma bu düzgün deyil, müşahidəçi öz gördükləri haqqında fikir bildirməlidir".

N.Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının da seçkilərin keyfiyyətinə, seçki təcrübəsinin formalaşmasına böyük zərər vurur. O qeyd edib ki, məcburi köçkünlər bələdiyyələr formalaşdıra bilmirlər, bələdiyyə seçkilərində səs verə bilmirlər.

Sonra çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts demokratik seçkilərin demokratiyanın əsaslarından biri olduğunu bildirib. O qeyd edib ki, buna görə də Aİ bu sahədə Azərbaycan ilə müxtəlif proqramları çərçivəsində əməkdaşlıq edir. O, MSK-nın fəaliyyətində naliyyətlər əldə olunduğunu, MSK-nın öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyyələrini nəzərə aldığını qeyd edib: "Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir".

Tədbir çıxışlarla davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti