...

Ədalətsiz qətnamə qəbul edən Avropa Azərbaycan xalqının gözündə düşmən obrazı yaratdı

Siyasət Materials 23 Sentyabr 2015 22:00 (UTC +04:00)
Qərb siyasətçiləri buna nail olmaq istəyirdilər? Əgər belədirsə, o zaman buna artıqlaması ilə nail oldular.
Ədalətsiz qətnamə qəbul edən Avropa Azərbaycan xalqının gözündə düşmən obrazı yaratdı

Elmira Tariverdiyeva - Trend:

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi mənfi qətnamənin ətrafında təzadlı vəziyyət yaranıb. Başabəla qanunvericilərin düşüncəsinə görə qətnamə azərbaycanlıların haqlarını "qorumalı" idi, əslində isə anlaşılmaz obyektə və Azərbaycan xalqının Qərbə qarşı incikliyinə səbəb oldu. Qərb siyasətçiləri buna nail olmaq istəyirdilər? Əgər belədirsə, o zaman buna artıqlaması ilə nail oldular.

İlk Avropa Oyunları keçirilərkən Qərb Azərbaycan xalqının qonaqpərvərliyinə cavab olaraq mövcud olmayan və düşünülmüş ittihamlarla çıxış edəndə sadə Azərbaycan xalqı Qərbin ədalətsiz münasibətinə şahid olmuşdu.

Azərbaycanın hər bir vətəndaşı Avropa idman bayramını yüksək səviyyədə keçirməklə göstərilən etimadı yüksək qiymətləndirən ölkəsi ilə haqlı olaraq fəxr edəndə Avropa göstərilən səyləri dəyərləndirməyərək azərbaycanlıları, demək olar, təhqir etdi.

Oyunlar başlamazdən əvvəl Qərb Azərbaycan barədə mənfi məruzəni təqdim etmək istəyən "Amnesty International"ın nümayəndə heyətinin Bakıya buraxılmamasına görə hiddətlənməyə başladı. "Təəccüblüdür" ki, hökumət təşkilata bunu Oyunlardan sonra etməyi təklif edərək ölkədə bayramı pozmağa imkan vermədi. Mifik informasiya və öz uydurmalarından istifadə edərək Soçi olimpiadası barədə mənfi reportajlar hazırlamaqla məşhurlaşan jurnalistlərin Bakıya buraxılmaması Qərbin tamamilə kefini pozdu.

Bütün bunlar ona xidmət etdi ki, Qərb Azərbaycanda sakinlərin gözündə getdikcə xəyanətkar tərəfdaş qismində görünməyə başladı.

Azərbaycanın bütün nailiyyətlərini, demək olar, sıfıra endirən, ölkənin istənilən vətəndaşına məlum olan faktları təhrif edən Avropa Parlamentinin sonuncu qətnaməsi Azərbaycan xalqını Qərbə qarşı tamamilə qaldırdı.

Qətnamədə təqdim edilmiş cəfəngiyyat ittihamlardan başqa, Qərb Azərbaycanda ölkənin maraqlarına məhəl qoymadan ABŞ-ın siyasətini təbliğ etməklə maddi qazanc əldə edən "Azadlıq Radiosu"nun jurnalistinin cinayət işi üzrə təqisirləndirilməsinə görə hiddətlənmişdi.

Sabit və firavan ölkədə bəzi diplomatik missiyaların rəhbərlərinin hökumətin daha sərt siyasət xəttini davam etdirəcəyi təqdirdə, Maydan hadisələrinin Bakıda təkrarlana biləcəyi ilə xalqı açıq hədələməsi sadə azərbaycanlıları sarsıtmaya bilməzdi.

Bütün bunlar ona gətirib çıxardı ki, Bakı Azərbaycanın müstəqil, suveren ökə olduğunu və suveren dövlət kimi diktat və siyasi təzyiqə dözməyəcəyini göstərmək qərarına gəldi.

Son hadisələri və sadə sakinin reaksiyasını nəzərə alsaq, əminliklə demək olar ki, Qərb təkcə rəsmi Bakını deyil, həm də bütün Azərbaycanı özünə qarşı qaldırmaqla strateji səhvə yol verdi. Avropa sadə azərbaycanlıların "maraqlarını qorumaq" əvəzinə onların gözündə düşmən obrazı yaratdı və təəssüf ki, Brüssel bu imici dağıtmağa tələsmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti