...

Nazir: Azərbaycan-Serbiya siyasi əlaqələri yüksək səviyyədədir

Siyasət Materials 28 Sentyabr 2015 15:37 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir.
Nazir: Azərbaycan-Serbiya siyasi əlaqələri yüksək səviyyədədir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Azərbaycan-Serbiya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev komissiyanın Bakıda keçirilən iclasında deyib.

O bildirib: "Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir çox məsələlərdə bir-birini dəstəkləyir. Azərbaycan-Serbiya münasibətlərində ən vacib məqamlardan biri odur ki, hər iki ölkə Dağlıq Qarabağ münaqişəsi və Kosova məsələsində bir-birini dəstəkləyir ki, bu da hökumətlərarası komissiyanın iclasının yekunları üzrə hazırlanmış protokolda öz əksini tapıb".

Ş.Mustafayev qeyd edib ki, Azərbayca və Serbiya rəhbərliyinin qarşılıqlı siyasi səfərləri iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsini təsdiq edir: "Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada səfərdə olub. Serbiya Prezidenti də Azərbaycana səfərlər edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti